“Şah” Rapportla qarşılaşacaq
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində növbəti görüşünü keçirəcək.
Komanda.az xəbər verir ki, 37 yaşlı şahmatçı dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda Macarıstandan olan Riçard Rapportla üz-üzə gələcək.
Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 dollardır.
Ötən il keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin