“Şah” bu gün Nakamura ilə qarşılaşacaq
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan “Norway Chess” turnirində növbəti oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, 38 yaşlı qrossmeyster 7-ci turda ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
Məmmədyarov 6-cı turda armageddonda Uesli Soya (ABŞ) yenilib. O, hazırda 8 xalla beşinci pillədə qərarlaşıb. Nakamura isə 11 xalla ikinci sıradadır.
“Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin