“Şah” bu gün hamını “mat” edə bilər

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən “Norway Chess” turnirinin qalibi ola bilər.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster yarışın sonuncu – 9-cu günündə həmyerlisi Teymur Rəcəbovla ağ fiqurlarla oynayacaq.

Məmmədyarov hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov 9-cu sıradadır.

15 xala malik norveçli dünya çempionu Maqnus Karlsen liderdir. 32 yaşlı şahmatçı sonuncu görüşündə bolqarıstanlı Veselin Topalovla qara fiqurlarla mübarizə aparacaq.

Karlsen xal itirəcəyi, Məmmədyarov isə Rəcəbovu yenəcəyi təqdirdə, turnirin qalibi olacaq. Norveçli dünya çempionu uduzacağı halda isə azərbaycanlı qrossmeysterə heç-heçə də kifayət edəcək. 

Yarışda qələbəyə 3 xal, heç-heçəyə 1 xal verilir. Şahmatçı heç-heçədən sonra armageddonda qələbəyə nail olacaqsa, 1,5 xalı aktivinə yazdırır. Burada uduzan qrossmeyster 1 xalla kifayətlənir.

İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button