“Sağalmaq üçün hər şey etdim” – Van Qal
Futbol üzrə Niderland millisinin baş məşqçisi Lui van Qal prostat vəzi xərçənginin müalicəsinin uğurlu keçdiyini açıqlayıb.
Komanda.az xəbər verir ki, 70 yaşlı mütəxəssis ANP-yə açıqlamasında bunları söyləyib:
“Hər şey etdim. 25 seans şüa terapiyası keçmişəm. Sonra 5-6 ay gözləmək lazım gəldi ki, bunun faydasının olub-olmadığını görək və işə yaradı”.
Xatırladaq ki, Lui van Qal bu yaxınlarda prostat xərçənginə yoluxduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin