“Sağ olun, mən sizdən istifadə etdim” deyib, gedə bilməzdim”
Keçmiş yarımmüdafiəçi Samir Nəsri futbolçu karyerası haqda danışıb.
Komanda.az “BeFootball”-a istinadən xəbər verir ki, o, vaxtı ilə “Arsenal”a keçidi haqda da fikirlərini bildirib:
“Bir çox futbolçu kimi, mən də pulsuz olaraq “Arsenal”a keçə bilərdim, amma bunu etmədim. Çünki “Marsel”ə borcum var idi. Marsel mənim böyüdüyüm şəhərdir.
İlk dəfə məhz “Marsel” klubunda məşq etməyə başlamışdım. Bunun qarşılığında kluba sıfır avro qazandırmadan, “Sağ olun, mən sizdən istifadə etdim” deyib, gedə bilməzdim.
Bu, mümkünsüz bir şey idi. Nəticədə, müqaviləni uzatmalı və kluba təzminat ödəməli oldum”.
Samir Nəsri 2008-ci ildə Liqa 1 klubundan “Arsenal”a keçib. “Topçular” fransalı oyunçu üçün 16 milyon avro ödəmişdilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin