DÇ-2022: Kurtua penalti zərbəsinin hara vurulacağını bilirmiş
Belçika millisinin qapıçısı Tibo Kurtua DÇ-2022-nin qrup mərhələsində Kanada ilə oyunda (1:0) dəf etdiyi penalti zərbəsi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kurtua, Kanada millisinin üzvü Alfonso Deyvisin penalti zərbəsini hara vuracağını əvvəldən bildiyini söyləyib:
“Dünya çempionatının ilk oyunları çox vaxt çətin və gərgin keçir. Qrupda bütün komandalar yaxşıdır. Biz liderik. Növbəti matçda qalib gəlsək, pley-off mərhələsinə vəsiqə qazanacağıq. Kanadalıların təzyiqi bizi təəccübləndirdi.
“Penalti? Deyvisin sağ küncdən zərbə vuracağını bilirdim. Ona görə də, o tərəfi seçdim. Milli komandada ilk dəfə penaltini zərərsizləşdirdim”.
F qrupuna Belçika millisi başçılıq edir (3 xal). Mərakeş ikinci (1 xal), Xorvatiya üçüncü (1 xal), Kanada isə sonuncudur (0 xal).
Noyabrın 27-də Belçika Mərakeş, Xorvatiya isə Kanada millisi ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin