
Şafranko “Levski” ilə oyunda meydana çıxa biləcək? – AÇIQLAMA
“Sabah” UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında avqustun 14-də Bolqarıstanın “Levski” komandası ilə qarşılaşacaq.
İlk oyunda 0:1 hesabı ilə məğlub olan “bayquşlar”ın aparıcı hücumçusu Pavol Şafranko ilk matçın 74-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk etmişdi.
Masazır təmsilçisinin mətbuat xidmətindən slovakiyalı forvardın durumu haqda Komanda.az-a verilən məlumata görə, Şafrankonun vəziyyəti idealdır və oynamaması üçün heç bir səbəb yoxdur. 30 yaşlı futbolçunun sabah oynayıb-oynamaması litvalı baş məşqçi Valdas Dambrauskasdan asılıdır.
“Sabah” – “Levski” qarşılaşması Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin