“Yaxşı insan kimi də xatırlanmaq istəyirəm” – Messi

Argentina milli komandasının hücumçusu Lionel Messi yalnız idmançı kimi xatirələrdə qalmaq istəmədiyini bildirib.

Komanda.az “Ole”-yə istinadən xəbər verir ki, son dünya çempionunun istəyi yaxşı insan kimi həmişə yaddaşlarda qalmaqdır:

“Nə olursa-olsun, hər zaman cəhd etmək lazımdır. Ümid edirəm ki, səsləndirdiyim fikirlər məni yaxından izləyən, mənə görə narahat olan yeni nəsil üçün həmişə xatirə mesajı olacaq. Sadəcə idmançı kimi yox, yaxşı insan kimi də xatırlanmaq istəyirəm”.

Messi karyerası ərzində “Barselona” (2004-2021) və PSJ-də (2021-2023) çıxış edib.

Argentinalı hücumçu iyunun 7-də “İnter Mayami”yə keçdiyini elan edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button