Sadıqovun qolu “Ximki”ni darmadağından xilas etmədi
Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Dinamo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:6.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 78-ci dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 90+3-cü dəqiqədə penaltidən dəqiq yararlanan Sadıqov vurub.
“Ximki” 15 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin