Sadıqovun klubu baş məşqçini istefaya göndərdi

Rusiya Premyer Liqasında  çıxış edən “Ximki” baş məşqçisi İqor Çerevçenkonu istefaya göndərib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Çerevçenko ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Onunla birlikdə köməkçiləri də klubdan gedib.

“Ximki” Premyer Liqada 18 oyundan sonra 14 xalla sonuncu – 16-cı pillədə qərarlaşıb.

Bu komandada əslən azərbaycanlı futbolçu İlya Sadıqov da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button