Sadıqovla Quliyevin komandası kubokda məğlubiyyətə üzüldü

Futbol üzrə Rusiya kubokunda qrup mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Nijni Novqorod”la qarşılaşıb. Azərbaycanlı futbolçuların komandası bu oyundan məğlubiyyətlə ayrılıb. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabıyla bitib. Lakin reqlamentə əsasən, heç-heçə bitən qrup matçlarında penalti seriyasından istifadə olunur. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri 5:3 hesabıyla üstün olublar.

Ayaz Quliyevin adı bu matçın iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.

Xalsız olan “Ximki” 4 komandalı qrupda sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button