Sadıqov “Sabah”a məğlubiyyəti şərh etdi

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində “Səbail” qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, gənc mütəxəssis 0:2 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm. Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək. Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi. Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq”.

Gənc baş məşqçi mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik. Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik”.

Sadıqov zədəli olan Ağabala Ramazanovun artıq məşqlərə başladığını, qarşıdakı tura deyil, ondan sonrakı tura hazır olacağını deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button