Sadıqov 55, Quliyev 82 dəqiqə oynadı

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Fakel”lə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Onların hər ikisi start heyətdə meydana çıxıb. İlya 55, Ayaz 82-ci dəqiqədə əvəzlənib. Quliyev 10-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Ximki” 13 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button