Sadıqov: “10 ildən çoxdur ki, hansısa komanda ilə işləmirəm, indi yadınıza düşüb?”
Məşqçilik karyerası futbolçu karyerasına bənzəmir. Yəni, futbolçu üçün yaş amili önəmlidirsə, məşçilikdə bu, o qədər də vacib deyil, əksinə, təcrübə qazandırır. Yaxın illərə kimi Azərbaycan futbolunda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Əsgər Abdullayev kimi məşqçilər əsas söz sahibləri idilər. Mircavadovun yaşı 80-ə yaxındır, bu mənada, onun yenidən məşqçilik edə biləcəyini gözləmək olmaz. Amma Vaqif Sadıqov, Əsgər Abdullayev kimi məşqçilər uzun zamandır Premyer Liqa komandalarının “sükanı arxasında” görünmür. Məsələ yaşdırmı? Nəzərə alaq ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun yaşı 70-dən çoxdur. Amma məsələn, Vaqif Sadıqov hazırda 66 yaşındadır.
Bu barədə Sadıqovun özündən də soruşduq. Soruşduq ki, “Vaqif bəy, hansısa klubdan təklif gəlsə, işləmək istərsiz, yoxsa baş məşqçi kimi karyeranızı başa vurmusuz”.
Təcrübəli mütəxəssisin cavabı bir az sərt, bir az da giley-güzarlı oldu:
“10 ildən çoxdur ki, hansısa komanda ilə işləmirəm, indi yadınıza düşüb?”
Vaqif Sadıqov Azərbaycan millisinin, “Neftçi”, “Şəfa”, “Maşinsazi” (İran), AZAL kimi klubların baş məşqçisi olub.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin