
Sadio Mane rəsmən “Əl-Nəsr”də
“Bayern”in seneqallı hücumçusu Sadio Manenin “Əl-Nəsr”ə keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidməti məlumat yayıb.
“Əl-Nəsr” Mane üçün Münhen klubuna 30 milyon avro ödəyib. O, yeni klubu ilə 4 illik müqavilə bağlayıb.
Mane 2022/23 mövsümündə “Bayern”də 38 matça çıxıb, 12 qol vurub və 6 qolun ötürməsini verib.
Xatırladaq ki, “Əl-Nəsr”də Kristiano Ronaldo, Anderson Talişka, Marselo Brozoviç, Aleks Telles, Seko Fofana kimi oyunçular da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin