“Bayern” onu “Borussiya”ya satır
“Bayern”in və Avstriya millisinin yarımmüdafiəçisi Marsel Sabitzer tezliklə Dortmund “Borussiya”sının futbolçusu olacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Dortmund təmsilçisi 29 yaşlı futbolçu üçün Münhen klubuna bonuslar daxil olmaqla 19 milyon avro ödəyəcək.
Futbolçunun “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. “Transfermarkt” portalı avstriyalının bazar dəyərini 20 milyon avro qiymətləndirir.
Sabitzer 2022/2023 mövsümünün ikinci yarısında “Mançester Yunayted”də icarə əsasında çıxış edib. O, “qırmızı şeytanlar”ın heyətində bütün yarışlarda 18 oyun keçirib, üç qol vurub və bir məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin