Sabir Buqrin: “Yaxşı nəticə qazanacağımıza inanırıq”

“Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Olimpiakos”a qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, Yunanıstan klubu ilə qarşılaşmadan öncə baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk matçda məğlubiyyətə layiq deyildik. Həmin oyundan sonra komanda özünü rahat, yaxşı hiss edir. İnam daha da çoxalıb. Özümüzə güvənirik. İnanırıq ki, sabah yaxşı nəticə qazanacağıq. Bizi maraqlı oyun gözləyir.

İlk oyunda “Olimpiakos”un zəif çıxışının səbəbi biz ola bilərik. Rəqibi yaxşı analiz etmişik. Sabah elə etməliyik ki, onlar bizim oyuna adaptasiya olsunlar. İlk oyunda hücumda daha effektiv olsaydıq, uduzmazdıq. Sabah yalnız öz oyunumuz barədə düşünəcəyik.

Hazırda özümü yaxşı hiss edirəm. Matça tam hazıram. Ağrı olsa da, olmasa da yüz faiz gücümü ortaya qoymağa, komandama kömək etməyə çalışacağam”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button