Sabiq “Yuventus”lu Bolqarıstan klubunda

Karyerası ərzində “Mançester Siti”, “Yuventus” kimi klublarda forma geyinən Valeri Bojinovun yeni iş yeri məlum olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı forvard Bolqarıstanın “Levski” klubuna transfer olunub. Bu barədə Sofiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

Karyerası ərzində “Fiorentina”, “Mançester Siti”, “Yuventus”, “Parma”, “Sportinq” (Lissabon) kimi komandalarda çıxış edən Bojinov, son olaraq Bolqarıstanın “Botev” klubunun uğurları üçün çalışırdı.

Bojinov 43 dəfə Bolqarıstan millisinin formasını geyinib.