Sabiq “Sevilya”lı yenidən Yunanıstan klubunda
Yunanıstanın AEK klubunun yeni baş məşqçisi məlum olub.
Komanda.az xəbər verir ki, Manolo Ximenes AEK-də baş məşqçi postuna gətirilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
55 yaşlı mütəxəssislə 2019/20 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Ximenes 2010-2011, 2017-2018-ci illər aralığında da AEK-i çalışdırıb.
Ötən ilin iyununda komandadan göndərilən ispan mütəxəssis, iyulun 1-də İspaniya Sequndasında çıxış edən “Las Palmas” klubunda baş məşqçi vəzifəsinə gətirilmişdi. Ximenes 2018-ci il noyabrın 16-dan işsiz idi.
Ximenes 2007-2010-cu illər aralığında “Sevilya”nı çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin