
“Mançester Yunayted” baş məşqçi postuna düzgün adam seçib” – Sabiq futbolçu
“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim haqda fikirlərini bölüşüb.
Komanda.az “Guardian”-a istinadən xəbər verir ki, danimarkalı keçmiş qolkiper portuqaliyalı mütəxəssisi bəyəndiyini bildirib:
“Bu mütəxəssisi bəyənirəm. Düşünürəm ki, klub baş məşqçi postuna düzgün adam seçib. Amorim nə istədiyini bilir. O, əla ünsiyyət bacarıqlarına malikdir. Mətbuatla inamla ünsiyyət qurur, lider kimi qarşısına çıxır. Bizə məhz bu lazımdır”.
40 yaşlı portuqaliyalı mütəxəssis 2024-cü ilin noyabrından “Mançester Yunayted”i çalışdırır. Tərəflər arasında mövcud müqavilənin müddəti 2027-ci ilin ortalarına kimi hesablanıb.
“Qırmızı şeytanlar” Premyer Liqanın 25 turundan sonra turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin