Sabiq “Qalatasaray”lıdan dopinq etirafı

Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Mario Jardel futbolçu karyerası ilə bağlı danışarkən maraqlı etiraflar edib.

Komanda.az xəbər verir ki, 45 yaşlı veteran futbolçu, vaxtilə narkotik maddələrdən istifadə etdiyini dilə gətirib.

Xüsusilə tətildə olduğu dövrlərdə narkotik maddələr qəbul etdiyini söyləyən Jardel, bu üzdən mövsüm boyunca dopinq testlərdən qaçmağa çalışdığını bildirib. O, narkomaniyadan qurtulmasından ailəsinin, xüsusilə həyat yoldaşının yardımından da söz açıb:

“Avropa ölkələrində futbol oynayarkən maraqdan narkotik maddə istifadə etməyə başladım. Müəyyən insanlarla qarşıladım və onlar mənə bəzi dərmanlar verdilər. Tətildə olarkən davamlı olaraq narkotik maddələrdən istifadə edirdim. Mövsüm ərzində isə dopinq testlərə görə onlardan uzaq durmağa çalışırdım. Artıq hazırda bu bəladan tamamilə qurtulmuşam. Bu, həyat yoldaşım üçün çox önəmli idi. İndi uşaqlarımıza doğru örnək vermək, gənclərə etdiyim səhvləri buraxmamaları yönündə dəstək olmaq istəyirəm. Məncə çoxlu pul və yanlış dostluqlar futbolun ən önəmli problemlərindən biridi”.

“Vasko da Qama”nın yetirməsi olan Jardel, karyerası ərzində 20-yə yaxın klubun formasını geyinib. O, “Qremio”, “Porto”, “Sportinq”, “Bolton”, “Flamenqo” kimi klubların uğurları üçün tər töküb. Braziliya yığmasında 10 oyun keçirib, 1 qol vuran forvard, 2000/2001 mövsümündə Türkiyənin “Qalatasaray” klubunda da top qovub. O, İstanbul təmsilçisində 41 oyuna 33 qola imza atıb. “Sarı-qırmızılar”ın 2000-ci ildə UEFA Super Kubokunun finalında Madrid “Real”ına 2:1 hesabıyla qalib gəldiyi oyundakı hər iki qolunu da Mario rəqib qapısından keçirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button