Sabiq “Qalatasaray”lı yenidən Super Liqada
Türkiyənin “Fatih Karagümrük” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi seneqallı yarımmüdafiəçi Badu Ndiayeni transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi 29 yaşlı futbolçunu “Stok Siti”dən mövsümün sonuna kimi icarəyə götürüb. “Fatih Karagümrük” sadəcə maaşını verəcəyi futbolçunun icarəsinə görə İngiltərə klubuna heç bir ödəniş etməyəcək.
Karyerasına ölkəsində başlayan Ndiaye, Avropada öncə Norveçin “Bodo Qlimt” klubunun uğurları üçün çalışıb. Türkiyədə isə o, ilk olaraq “Ankaraspor”un formasını geyinib və sərgilədiyi performansla “Qalatasaray”a transfer edilib. Lakin 2018-ci ildə Seneqal yığmasının üzvü “Stok Siti”nin təklifini qəbul edib. İngiltərə klubunda möhkəmlənə bilməyən yarımmüdafiəçi son illərdə “Qalatasaray” və “Trabzonspor” tərəfindən də icarəyə götürülmüşdü.
Bizi Facebook-da izləyin