Sabiq “Qalatasaray”lı İtaliyada klubunu dəyişdi

Almaniya vətəndaşı olan türkiyəli futbolçu Koray Günter İtaliyada klubunu dəyişib.

Komanda.az xəbər verir ki, o, yeni mövsümdən A Seriyasında mübarizə aparacaq “Verona”ya keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilə ilə “Cenoa”ya məxsus olan 24 yaşlı mərkəz müdafiəçisi, 1 illik icarəyə götürülüb.

Almaniyada anadan olan Koray, Dortmund “Borussiya”sının yetirməsidi. O, 2013/14 mövsümündə bu klubun əsas komandasına yüksəlib, hətta debüt də edib. 2014-cü ildə isə o, Türkiyənin “Qalatasaray” klubuna transfer olunub. 2018-ci ildə “Qalatasaray” Günteri İtaliyanın “Cenoa” klubuna satıb. Müdafiəçi geridə qalan mövsümdə “Cenoa”da 15 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button