Sabiq “Qəbələ”li Rusiya superkubokunu qazandı VİDEO
Futbol üzrə Rusiya superkubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici qarşılaşmada ötən mövsümün çempionu “Zenit”lə ölkə kubokunun son qalibi “Lokomotiv” üz-üzə gəlib.
Moskvadakı “VTB Arena”da keçirilən matç “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı paytaxt təmsilçisinin 3:2 hesablı qələbəsiylə nəticələnib.
Bununla da, “Lokomotiv” bu titula 3-cü dəfə sahib çıxıb. Moskvalılar bundan əvvəl 2008 və 2015-ci illərdə də “Zenit”i məğlub edərək, ölkə superkubokuna yiyələniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin