
Sabiq futbolçu borc bataqlığında
İngiltərə millisinin və “Liverpul”un sabiq oyunçusu Con Barnes maliyyə problemləri ilə üzləşib.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, bir neçə ildir borc içində olan Barnesin hazırkı öhdəliyi 1,5 milyon funt sterlinqə çatıb.
Borc məsələsinə vergi ödənişlərinin edilməməsi də daxildir. Əvvəllər Barnes bu səbəbdən “John Barnes Media Limited” şirkətindəki rəhbər vəzifəsini itirib. O, problemi qəbul etmir və məhkəmə vasitəsilə müdafiə olunmağa çalışır.
Con Barnes Yamaykada doğulub və 1999-cu ildə karyerasını başa vurub. O, 1983–1995-ci illərdə İngiltərə millisində çıxış edib və 79 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin