Sabiq “Liverpul”luya mərc cəzası
“Liverpul”un sabiq futbolçusu Daniel Starric İngiltərə Futbol Federasiyası tərəfindən cəzalandırılıb.
Komanda.az xəbər verir ki, o, 2 həftəlik diskvalifikasiya və 75 min funt-sterlinq cəriməyə məruz qalıb.
Bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Məlum olub ki, o, qardaşının vasitəsilə bukmeker kontorunda “Starricin yeni komandası hansı olacaq” bəhsinə girib. Qardaşların “seçimi” isə İspaniyanın “Sevilya” klubu olub.
Starricə qarşı bütövlükdə 11 ittiham irəli sürülüb, ikisində günahı olduğu isbat olunub. Bu cəzanın ardından Starric bir də iyulun 31-dən sonra yaşıl meydanlara qayıda bilər.
Qeyd edək ki, Starric “Liverpul”la müqaviləsinin müddəti başa çatdığı üçün sözügedən komandadan ayrılıb və hazırda azad agent statusu daşıyır. İngiltərə yığmasının 29 yaşlı forvardının karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir.
Bizi Facebook-da izləyin