
“Əminəm ki, bu gün “İnter”in başında məhz Kivu olmalıdır” – Sabiq futbolçu
İtaliya millisinin sabiq müdafiəçisi Marko Materatsi Kristian Kivunun “İnter”in baş məşqçisi təyin olunmasına münasibət bildirib.
Hər iki sabiq futbolçu vaxtilə Milan təmsilçisində çıxış edib və dostdurlar.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, o, Kivunun həmişə fürsəti düzgün qiymətləndirə bildiyini deyib:
“Onun bu vəzifəyə gəlməsi doğru anda baş verdi. Kivu həmişə fürsəti düzgün qiymətləndirə bilib. Biz birlikdə oynayanda da o, hər zaman uyğun anı seçməyi bacarırdı. Mən əminəm ki, bu gün “İnter”in başında məhz o olmalıdır və bu işin öhdəsindən gələcək”.
“İnter” son mövsümü A Seriyasında turnir cədvəlinin 2-ci pilləsində başa vurub, həmçinin, UEFA Çempionlar Liqasının finalında PSJ-yə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



