İtaliya millisinin keçmiş hücumçusu MLS-də
İtaliya millisinin sabiq üzvü Cüzeppe Rossi karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu MLS təmsilçisi “Los Anceles Qalaksi” klubuna keçməyə yaxındır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Rossinin yaxın günlərdə ABŞ klubuyla rəsmi müqavilə imzalayacağı bildirilir.
Karyerası ərzində “Vilyarreal”, “Mançester Yunayted”, “Fiorentina” kimi komandalarda forma geyinən Rossinin son iş yeri “Cenoa” klubu olub. 2018-ci ilin yayından azad agent olan italyan hücumçu, yanvarda “Mançester Yunayted”lə məşqlərə çıxırdı.
Rossi 29 dəfə formasını geyindiyi İtaliya millisində 7 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin