Ferdinanddan keçmiş klubuna məsləhət: “Onlardan qurtulun”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand yay transfer pəncərəsində bəzi oyunçuların klubdan ayrılmasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, “YouTube” kanalındakı “Rio Ferdinand Presents” proqramında belə deyib:

“Ceydon Sançonun “Aston Villa”ya icarə müqaviləsində sonradan alınma öhdəliyi yoxdur? Yox? Bu, mənə xoş gəlmir. Mən uzun müddətdir deyirəm ki, bu oyunçulara görə pul itkisi olacaqsa, itirsinlər, sadəcə gedin. Məncə, maliyyəni bu qədər düşünmək lazım deyil, onlar qalıb komanda atmosferini pozacaqlarsa. Yox, onlardan qurtulun. Mənim üçün fərqi yoxdur”.

Ferdinand əlavə edib ki, komanda birliyi və harmoniyanın qorunması klubda müsbət dəyişikliklər üçün vacibdir:

“Alexandro Qarnaço, Markus Reşford, Sanço, Antoni və başqaları yaxınlıqda qalaraq ayrıca məşq etsələr, ətrafda həmişə neqativ aura yaranacaq. Onların ayrılması hər kəs üçün faydalı olacaq”.

“Mançester Yunayted” yay transfer pəncərəsində Antonini “Betis”ə 22+3 milyon avroya satıb, Sanço, Qarnaço və Reşford isə icarə əsasında klubu tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button