ÇL: Sabiq futbolçu “Real”ın geridönüş edəcəyini düşünür

“Real”ın sabiq müdafiəçisi Marselo keçmiş komandasının “Arsenal”la qarşılaşacağı UEFA Çempionlar Liqasının 1/4 final mərhələsindəki cavab matçı barədə fikirlərini bölüşüb.

“Kral klubu” turnirdə mübarizəni dayandırmaq təhlükəsi ilə üzləşib. Belə ki, komanda Londonda keçirilən matçda 0:3 hesabı ilə uduzub. Cavab oyunu aprelin 16-da “Santyaqo Bernabeu”da keçiriləcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu “Real”ın geridönüş edə biləcəyini düşünür:

“Arsenal”la matç? Mən “Real”ın oyunçusu olmuşam, buna görə də, düşünürəm ki, komanda bu geridönüşü edə bilər”.

36 yaşlı Marselo 2007-2022-ci illər arasında “Real”ın formasını geyinib. O, Madrid klubunun heyətində beş dəfə Çempionlar Liqasının qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button