
Bosniyalı futbolçu Qasperinini təriflədi
“Roma”nın sabiq futbolçusu Miralem Pyaniç klubun baş məşqçisi Can Pyero Qasperininin əməyini yüksək qiymətləndirib.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, hazırda klubsuz olan bosniyalı futbolçu, Qasperininin böyük işlər gördüyünü deyib:
“O, işləməyə, tərəddüd etmədən tələblərinə əməl etməyə və gələcəkdə qalib gəlməyə icazə verilməli olan məşqçidir. O, texniki baxımdan böyük işlər görür. O, hər dəfə öz bacarığını nümayiş etdirir”.
Qasperini bu yay “Roma”ya baş məşqçi təyin olunub. “Canavarlar” 67 yaşlı mütəxəssisin rəhbərliyi altında A Seriyasında keçirdiyi 6 oyundan 15 xal toplayıb. Komanda hazırda turnir cədvəlində ikinci yerdədir. “Roma” İtaliya çempionatının növbəti turunda “İnter”i qəbul edəcək.
Bizi Facebook-da izləyin



