Sabiq futbolçusu “Mançester Yunayted”i tənqid etdi

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel klub rəhbərliyinin transfer siyasətini tənqid edib.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, danimarkalı sabiq futbolçu, klubun Rasmus Hoylund və Skott Maktominey kimi oyunçuları buraxmaqla böyük səhvə yol verdiyini fikirləşir:

“Bizə niyə Benjamin Şeşko lazımdır? Hoylund var idi. Onu iki il ərzində lazımi səviyyədə dəstəkləmədilər. Halbuki bu, komanda yoldaşlarının işi idi. İndi isə baxın, o, “Napoli”də Maktomineylə birlikdə nələr edir”.

Peter Şmeyxel 1991–1999-cu illərdə “Mançester Yunayted”in şərəfini qoruyub və bu müddətdə klubla bir çox titullar qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button