Sabiq futbolçudan Neymara məsləhət

Braziliyalı sabiq futbolçu Ziko PSJ-nin hücumçusu Neymarla bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan 67 yaşlı keçmiş futbolçu, Neymarla bağlı bunları deyib:

“Neymarı çox sevirəm, onun oyunu inanılmazdır. Amma onun Lionel Messi və Kriştiano Ronaldo kimi daha peşəkar olması lazımdır. Neymarın diqqətinin dağılmasına səbəb olan çox düşüncəsi var. Bir müddət əvvəl onunla danışdım və daha peşəkar olmasını istədim. Hazırda onun 28 yaşı var və PSJ kimi komandada çıxış edir, Çempionlar Liqasını qazanmaq şansı var. Təkcə bir oyunda deyil, turnir boyunca öz səviyyəsini göstərməlidir. Neymarın artıq daha çox təcrübəsi var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button