
Giqqz: “Amorim xoşuma gəlir”
“Mançester Yunayted”in sabiq futbolçusu Rayan Giqqz komandanın yeni baş məşqçisi Ruben Amorimə dəstək verilməli olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, son 10-12 ildə klubda aparılan transfer siyasətinin uğursuz olduğunu etiraf edib:
“Son illərdə, mənim də iştirak etdiyim dövrdə oyunçu seçimi yetərincə yaxşı deyildi. Hər bir biznes və futbol komandası üçün əsas məsələ kadr seçimidir. Bizə gənc oyunçular lazımdır. O vaxtlar bizdə həm gənclər var idi, həm də Erik Kantona, Andrey Kançelskis, Peter Şmeyxel kimi ən yaxşı oyunçularla birlikdə oynayırdıq. Beləliklə, gənc oyunçuların ortaya çıxması üçün bir az şans da lazımdır. Seçim və vaxt vacibdir.
Baş məşqçini bəyənirəm, Amorim xoşuma gəlir. Məncə, onun xarizması var. Ona vaxt, bir neçə transfer dönəmi, həmçinin, dəstək və “Mançester Yunayted” oyunçusunun kim və necə biri olduğunu anlamaqda kömək lazımdır”.
Bizi Facebook-da izləyin



