
Sabiq futbolçu Yamalın “qızıl top” şansını dəyərləndirdi
“Barselona”nın sabiq hücumçusu Rivaldo komandanın 18 yaşlı vingeri Lamin Yamalın “qızıl top” qazanmaq şansları barədə danışıb.
Komanda.az “Tribal Football”-a istinadən xəbər verir ki, braziliyalı keçmiş futbolçu, Yamalın 2026-cı ildə bu mükafatı qazanmaq üçün hər cəhətdən hazır olduğunu fikirləşir:
“Bu gəncdə hər şey var ki, 2026-cı ildə “qızıl top”u qazansın. O, cari mövsümdə keçən ildəkindən daha parlaq oynayacaq. Mükafat üçün vacibdir ki, Yamal çox qol vursun və məhsuldar ötürmə versin. Yalnız oyun səviyyəsinə deyil, həm də statistikasına baxacaqlar”.
İspaniyalı futbolçu 2025-ci ildə mükafatın səsverməsində ikinci yeri tutub. “Qızıl top”un sahibi isə PSJ-nin fransalı futbolçusu Osman Dembele olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



