
“Yamal Messiyə daha çox bənzəyir, Ronaldodan isə çox fərqlənir”
“Benfika”nın və Portuqaliya millisinin sabiq futbolçusu Antonio Simoyş “Barselona”nın gənc oyunçusu Lamin Yamalla bağlı fikirlərini bölüşüb. O, Yamalı Lionel Messi və Kriştiano Ronaldo ilə müqayisə edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı keçmiş oyunçu, Yamalın Messi ilə Ronaldonun karyeralarının əvvəlində onlardan daha istedadlı olub-olmadığı sualına belə cavab verib:
“Bu suala belə cavab verə bilərəm, burada müzakirə etmək üçün çox şey var, yəni danışmağa dəyər. Əvvəla, mən düşünürəm ki, istedad, bacarıq və futbolun hərəkət sənəti baxımından bu oğlan Messiyə daha çox bənzəyir, Ronaldodan isə çox fərqlənir.
Bundan başqa, Ronaldonun uğurunun ciddi zəhmətin nəticəsi olduğunu etiraf etməliyik. Buna dərindən hörmət edirik. Və bunun bariz nümayişidir ki, əzmlə çalışaraq ulduzlara çatmaq olar.
Yamal təbii istedada sahibdir. “Barselona”nın bu gənc oyunçusu təbii istedada sahib insanların olduğunun sübutudur. O, bu hədiyyə ilə doğulub və məhz buna görə karyerasını quracaq. Əlbəttə, çalışmalıdır, amma Ronaldo qədər çox çalışması lazım olmayacaq”.
Bizi Facebook-da izləyin