
Quti: “Yamal hazırda “Barselona”nın əsas sərvətidir”
“Real”ın keçmiş futbolçusu Quti Hernandes “Barselona”nın 17 yaşlı hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı sabiq oyunçu, Yamalın inanılmaz istedadının olduğunu söyləyib:
“Yamalın inanılmaz istedadı var. Bu futbolçu bir hərəkətlə oyuna qərar verə bilər. Lionel Messinin 17 yaşında bunu etdiyini xatırlamıram. Yamal İspaniya çempionatının ulduzudur, ancaq o, hələ çox gəncdir. O, hazırda “Barselona”nın əsas sərvətidir”.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonuna kimidir. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir. O, cari La Liqa mövsümündə 26 oyun keçirib, 6 qol vurub və 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



