Sabiq futbolçu “Qarabağ”ın rəqibinin baş məşqçisini tənqid etdi

“Liverpul”un sabiq müdafiəçisi və futbol eksperti Ceymi Rednapp komandanın ölkə kubokunun 1/8 finalında “Kristal Pelas”a böyük hesabla uduzmasına (0:3) münasibət bildirib.

Komanda.az xəbər verir ki, Rednapp “Sky Sports”-a açıqlamasında baş məşqçi Arne Slotun qərarlarını tənqid edib:

“Baş məşqçi elə heyət seçdi ki, bu, özü-özlüyündə problemlər yaratdı. Gənc futbolçular daha təcrübəli oyunçulardan dəstək ala bilmədilər. “Brentford”la oyundan sonra heyətdə 10 dəyişiklik edilmişdi. Mən inanmırdım ki, onlar qalib gələcəklər. Slot səhv etdi”.

“Liverpul” son yeddi matçdan altısında məğlub olub. Komanda İngiltərə Premyer Liqasında 15 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Arne Slotun komandası “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button