Sabiq futbolçu Mottanı tənqid etdi

İtaliya millisinin sabiq hücumçusu Antonio Kassano “Yuventus”un baş məşqçisi Tiaqo Mottanın işini tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı keçmiş futbolçu, Mottanın məşqçiliyinin fəlakət olduğunu bildirib:

“Mottanın məşqçiliyi fəlakət oldu. Bir neçə futbolçu özünü devalvasiya edib. “Yuventus”un ən yaxşı oyunçusu olmasına baxmayaraq, tez-tez oynamayan Türamı (Kefren) niyə sorğu-sual edirlər, anlamıram. Onlar başqa məşqçi ilə hər şeyə yenidən başlamalıdırlar”.

Motta “Yuventus”un baş məşqçi postuna 2024-cü ilin yayında keçib. O, bundan əvvəl “Bolonya”ya rəhbərlik edib.

Turinlilər 26 turdan sonra 49 xalla A Seriyasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda dünən İtaliya kubokunun 1/4 final mərhələsində “Empoli” ilə matçda (1:1; penalti seriyası 2:4) məğlub olaraq, mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button