Mbappe tənqid olundu – Azərbaycan millisi ilə oyunu buraxdığı üçün

Fransa millisinin sabiq futbolçusu Jerom Roten “Real”ın hücumçusu Kilian Mbappenin DÇ-2026-nın seçmə oyunu üçün Azərbaycan yığması ilə səfər matçına çağırılmamasından narazıdır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, belə deyib:

“Mbappe yığmanın əsas oyunçusudur, ona xüsusi münasibət göstərilir. Amma komandada digər oyunçular da var. Onların yorğunluğu yoxdurmu? Onlar oyuna gedirlər, amma Mbappe getmir. Milli komanda qalib gələndə heç kimin sualı olmur. Amma Kilianla bağlı belə qərarlar narazılıq yarada bilər”.

Daha əvvəl bildirilmişdi ki, Mbappe ayaq biləyindən zədələndiyi üçün yığmanın düşərgəsini tərk edib.

Fransa yığması sabah DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button