Sabiq futbolçu: “Mançester Yunayted” böyük problemlərlə üzləşib”

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Rio Ferdinand “qırmızı şeytanlar”ın Premyer Liqadakı uğursuz çıxışından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş müdafiəçi klubun böyük problemlərlə üzləşdiyini söyləyib:

“Klub böyük problemlərlə üzləşib. Komanda düşmə zonasına çox yaxındır. Kimsə “Mançester Yunayted”ə Premyer Liqada qalmaq üçün daha 11 xal lazım olduğunu söylədi. İndi bu obyektivdən baxıram. Çox vaxt matçların siyahısına baxa və harada xal toplaya biləcəyinizi görə bilərsiz. Hazırda bunun üçün heç bir açıq imkan görmürəm. Əsas problem budur”.

Ruben Amorimin komandası İngiltərə çempionatının 24 turundan sonra Premyer Liqanın turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button