Sabiq futbolçu baş məşqçiliyə başlayır – Yeni klubu məlumdur

“Arsenal”ın sabiq yarımmüdafiəçisi Cek Uilşir məşqçilik karyerasında yeni mərhələyə qədəm qoyur.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı mütəxəssis İngiltərənin birinci liqasında (üçüncü divizion) çıxış edən “Luton Taun” komandasının baş məşqçisi postunu qəbul edib.

Tərəflər əməkdaşlığın bütün şərtlərində razılığa gəlib və rəsmi açıqlamanın bazar ertəsi verilməsi gözlənilir.

Uilşir futbolçu karyerasını 2022-ci ildə başa vurub. Ardınca o, “Arsenal”ın gənclər komandasında çalışıb, 2024-cü ilin oktyabrından 2025-ci ilin mayına qədər isə “Norviç”də baş məşqçinin köməkçisi olub.

“Luton Taun” hazırda birinci liqada turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Komanda ötən mövsüm Çempionşipdən, ondan əvvəlki il isə Premyer Liqadan aşağı liqaya düşmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button