ÇL: “Demək olar ki, hər şey bəllidir, finalda “Arsenal” və “Barselona” oynayacaq”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin UEFA Çempionlar Liqasının finalında hansı komandaların qarşılaşacağını proqnozlaşdırıb.

Yarımfinal mərhələsində “Arsenal” PSJ ilə, “Barselona” isə “İnter”lə qarşılaşacaq.

Komanda.az “Evening Standard”-a istinadən xəbər verir ki, onun fikrincə, finalda “Arsenal” və “Barselona” üz-üzə gələcək:

“Demək olar ki, artıq hər şey bəllidir, finalda “Arsenal” və “Barselona” oynayacaq. “Real” “topçular”a qarşı zəif təsir bağışladı. Onlar hamını əzib keçdilər, amma londonlularla oyuna heç cür qoşula bilmədilər”.

“Arsenal” bu gün ilk oyunda PSJ-ni qəbul edəcək. Matçın start fiti saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button