
“Liverpul” bu qarşılaşmada oyundan kənarda qaldı”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq müdafiəçisi, hazırda futbol eksperti kimi çalışan Qari Nevill İngiltərə çempionatının 35-ci turunda “Çelsi”nin evdə “Liverpul” üzərində qazandığı qələbədən (3:1) danışıb.
Komanda.az “Chelsea News”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, bunun londonlular üçün böyük qələbə olduğunu bildirib:
“Londonlular üçün böyük qələbədir. Hər kəs anlayırdı ki, UEFA Çempionlar Liqasına çıxmaq üçün nəticə çox vacibdir. “Liverpul” bu qarşılaşmada oyundan kənarda qaldı, bütün diqqətlər “Çelsi”də idi”.
“Çelsi” 35 turdan sonra 63 xalla Premyer Liqanın turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda növbəti turda səfərdə “Nyukasl”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



