
Sabiq dünya çempionu vəfat etdi
İngiltərə millisinin keçmiş qolkiperi Qordon Benks vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
6 dəfə FİFA tərəfindən ilin ən yaxşı qapıçısı seçilən Benks, 82 yaşında vəfat edib.
Benks 1996-cı ildə keçirilən dünya çempionatının qalibi olan İngiltərə millisinin də “çərçivəsi”ni qoruyub. O, həm də Beynəlxalq Futbol Tarixi və Statistikaları Komitəsi tərəfindən 20-ci əsrin ən yaxşı 2-ci qolkiperi seçilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin