“Bu, Sarrinin “Çelsi”də son oyunu idi” – Sabiq futbolçu
“Çelsi”nin sabiq futbolçusu Kris Satton İngiltərə mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, Satton, “zadəganlar”ın İngiltərə Federasiya kubokunda “Mançester Yunayted”ə məğlub olmasının (0:2) günahını baş məşqçi Mauritsio Sarridə görüb:
“Bu, Sarrinin “Çelsi”də son oyunu idi. Onun göndərilməsi tezliklə həyata keçiriləcək.
Sarri özü deyir ki, oyunçulara uyğunlaşa bilmir. Daha risk alıb, onu niyə postunda saxlasınlar?”
İngiltərə mətbuatı Sarrinin qovulacağını və onun yerinə Zinəddin Zidanın, ya da, Canfranko Zolanın gətiriləcəyini iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin