Sabiq “Beşiktaş”lı evində ölü tapıldı

Uzun illər “Samsunspor”un şərəfini qorumuş Göksel Genser yaşadığı evdə ölü tapılıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı sabiq futbolçu dünən axşam evində ölü tapılıb. İlkin məlumatda, futbolçunun ölümünə ürək dayanmasının səbəb olduğu deyilir.

Türkiyəli qapıçı “Samsunspor”la yanaşı, “Beşiktaş”, “Mersin İdmanyurdu” kimi klubların da şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button