“Sabah”dan ayrılan futbolçu Qazaxıstan klubuna keçə bilər
“Sabah”la yollarını ayıran Saşa Stamenkoviç karyerasını Qazaxıstanda davam etdirə bilər.
Komanda.az xəbər verir ki, serbiyalı qapıçı “Aktobe” klubuna keçməyə yaxındır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
“Aktobe” Saşa ilə danışıqların son mərhələsindədir. 36 yaşlı qapıçının keçidinin yaxın zamanda rəsmən açıqlanacağı bildirilib.
Saşa 2018-ci ildən “Sabah”da çıxış edirdi. O, dekabrın 16-da klubla yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin