“Sabah”la oyun tək “Partizan” yox, Serbiya futbolu üçün vacibdir”

“Sabah”la oyun tək “Partizan” yox, Serbiya futbolu üçün vacibdir”.

Komanda.az xəbər verir ki, bunu “Sabah”ın Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi Serbiya “Partizan”ının futbolçusu Bibras Natxo yerli azarkeşlərin ev oyunlarını boykot etmələri barədə danışarkən deyib.

İsrailli yarımmüdafiəçi bildirib ki, Azərbaycan təmsilçisi ilə matçda fanatların dəstəyinə ehtiyac olacaq: “Tərəfdarlar bizimlə olanda və olmayanda fərqi görürsünüz. Cümə axşamı da dəstək vacibdir. Hər şeyi unutmalıyıq. Onların böyük geridönüş etmələrinə ehtiyacımız var. Azarkeşləri gəlib bizi dəstəkləməyə dəvət edirik”.

Avqustun 17-də keçiriləcək “Partizan” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bakıdakı ilk matçda Murad Musayevin baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button