“Sabah”la “Neftçi”nin potensial rəqibləri üz-üzə – Azərbaycanlı futbolçu Ermənistan klubuna qarşı

Bu gün UEFA Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin daha 29 oyunu keçiriləcək.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçilərinin 2-ci mərhələdəki potensial rəqibləri də ilk matçlarına çıxacaqlar.

Əvvəlcə “Sabah”ın mümkün rəqibləri olan Şimali Makedoniyanın “Makedoniya” və Latviyanın RFŞ komandaları Skopyedə üz-üzə gələcək. Oyun saat 19:30-da başlayacaq.

“Neftçi”nin potensial rəqibləri olan Bosniya və Herseqovinanın “Jelezniçar” və Belarusun “Dinamo” (Minsk) klubları isə Sarayevoda münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşma saat 22:30-da start götürəcək.

Bundan başqa, Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniya “Eqnatiya”sı Ermənistanda “Ararat”ın qonağı olacaq. Oyunun start fiti saat 19:00-da veriləcək.

1-ci təsnifat mərhələsinin cavab matçları iyulun 18-də və 20-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button